Rafael Ağayev qızıl medal qazandı FOTO

Rafael Ağayev qızıl medal qazandı FOTO
Millilərimiz İsveçrənin Bazel şəhərində 1-2 sentyabr tarixlərində baş tutacaq IX Açıq Turnirində çıxış edir. SİA-nın məlumatına görə, turnirdə Azərbaycan karateçisi, 5 dəfə dünya, 10 dəfə Avropa çempionu Rafael Ağayev 75 kq. çəkidə mübarizə aparıb. Təmsilçimiz bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Rafael bu qələbəyə görə çox sevincli olduğunu və yeni uğurlar qazanacağını bildirib. Rafael bundan sonra Almaniyanın paytaxtı Berlində baş tutacaq Premyer Liqada çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə