“Qarabağ”ın oyunlarının başlama saatı və məkanı bəlli olub

“Qarabağ”ın oyunlarının başlama saatı və məkanı bəlli olub

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki oyunlarının keçiriləcəyi stadionlar və başlama saatları açıqlanıb. SİA-nın məlumatına görə, E qrupunda yer alan Azərbaycan çempionu bütün rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək. Lakin bu oyunların sonradan dəyişdirilərək Bakı Olimpiya Stadionuna salınacağı da istisna deyil. Hətta bunun üçün UEFA-ya müraciət olunduğu da bildirilir.

Hələlik isə, komandamızın oyunlarının keçiriləcəyi arenalar və başlama saatları belədir:

Avropa Liqası

E qrupu

20 sentyabr

23:00. "Sportinq" - "Qarabağ"
Lissabon. “Joze Alvalade” stadionu.

4 oktyabr
20:55. "Qarabağ" - "Arsenal"
Tofiq Bəhramov adına Respublika stadionu.

25 oktyabr
20:55. "Qarabağ" - "Vorskla"
Tofiq Bəhramov adına Respublika stadionu.

8 noyabr

00:00. "Vorskla" - "Qarabağ"
Poltava. “Vorskla” stadionu.

29 noyabr

21:55. "Qarabağ" - "Sportinq"
Tofiq Bəhramov adına Respublika stadionu.

13 dekabr
00:00. "Arsenal" - "Qarabağ"
London. “Emirates” stadionu.

Bütün xəbərlər Facebook səhifəmizdə