Ötən mövsümü icarə əsasında "Qəbələ"nin heyətində keçirən, müqavilə ilə Türkiyənin "Göztəpə" klubuna məxsus olan Famusa Konenin yeni klubu bəlli olub. SİA-nın məlumatına görə, malili hücumçu karyerasını Türkiyə I Liqasında mübarizə aparan "Adanaspor"da davam etdirəcək. Bu barədə Türkiyə mətbuatı xəbər yayıb. 24 yaşlı futbolçunun müqaviləsi və transferi barədə məlumat verilməyib.
Qeyd edək ki, Kone ötən mövsüm "Qəbələ"də 23 oyuna 6 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB