PSJ-nin futbolçusu "Valensiya"ya transfer olunub

PSJ-nin futbolçusu "Valensiya"ya transfer olunub

PSJ-nin futbolçusu Qonsalu Qedişi karyerasını İspaniyada davam etdirəcək. SİA-nın məlumatına görə, Portuqaliya millisinin üzvü ötən mövsümü icarə əsasında keçirdiyi "Valensiya"ya transfer olub. "Yarasalar" bu transfer üçün Paris təmsilçisinə 40 milyon avro ödəyib.

Xatırladaq ki, PSJ 21 yaşlı oyunçunu 2017-ci ilin yanvar ayında 30 milyon avro qarşılığında "Benfika"dan transfer etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə