Məhəllələrarası mini-futbol turnirinə yekun vurulub

Məhəllələrarası mini-futbol turnirinə yekun vurulub
Səbail rayonu üzrə məhəllələrarası mini-futbol turnirinin final oyunları keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən SİA-ya bildiriblər ki, Baş İdarə və Səbail rayonu Gənclər və İdman İdarəsi tərəfindən birgə təşkil olunmuş 2007-2008-cı illər təvəllüdlü uşaqlar arasında mini-futbol turnirinin oyunları 20-ci sahə ərazisində yerləşən futbol meydançasında keçirilib. Yarışmada I yeri "Səbail", II yeri "Bayıl", III yeri "Sahil" komandaları tutub. Qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə