Cüdo üzrə Azərbaycan çempionatında ölkənin ən güclüləri iştirak edəcək

Cüdo üzrə Azərbaycan çempionatında ölkənin ən güclüləri iştirak edəcək

Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək. SİA-nım Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən aldığı məlumata görə, yarış Şağan Olimpiya Kompleksində təşkil olunacaq. Dekabrın 21-də start götürəcək çempionatda Azərbaycanın tanınmış cüdoçuları da mübarizə aparacaqlar. Mətbuat xidmətindən bildiriblər ki, Tokiyoda "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız da (Elxan Məmmədov, Elmar Qasımov, Kifayət Qasımova, Ramilə Yusubova) Azərbaycan çempionatında iştirak edəcəklər.
Qeyd edək ki, yarışda Olimpiya çempionu Elnur Məmmədlinin iştirakı da gözlənilir. 
Yarış 2 gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə