Millinin baş məşqçisinin gəlirini 1,8 milyondan 100 min avroya endirdilər
İrlandiya millisinin baş məşqçisi Covanni Trapattoni illik gəlirinin 1,8 milyon avrodan 100 min avroya endirilməsi ilə bağlı ölkə futbol fedarasiyasının xahişini yerinə yetirib. SİA-nın məlumatına görə, bununla da təcrübəli mütəxəssis hazırda özünün çətin iqtisadi dövrünü yaşayan İrlandiya xalqı ilə həmrəyliyini nümayiş etdirib. "Bununla bağlı mənimlə danışıqlar oldu və razılıq verdim. Hesab edirəm ki, bu, doğru addımdır", - deyə o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB