Avrokubokların II təsnifat mərhələsinin cavab oyunlarının ilk günü başa çatıb. SİA-nın məlumatına görə, Çempionlar Liqasında 3, Avropa Liqasında 1 qarşılaşma keçirilib.
Bu 4 görüş UEFA reytinqində bir mövqe dəyişikliyinə səbəb olub. Yeganə dəyişiklik cədvəlin ortalarında qeydə alınıb. 1 pillə irəliləyən İsrail 25-ci sıraya yüksəlib. Qazaxıstan isə 26-cı yerə düşüb.
Azərbaycanın mövqeyi isə dəyişməz qalıb. Son 5 illik əmsalı 17,875-ə bərabər olan ölkəmiz 23-cü sırada qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB