İtaliya millisinin sabiq üzvü Andrea Pirlo məşqçiliyə başlayıb. Bu barədə "Repubblica.it" saytı xəbər yazıb.Məlumatda deyilir ki, 39 yaşı veteran yarımmüdafiəçi İtaliya millisində çalışacaq. O, baş məşqçi Roberto Mançininin köməkçisi təyin edilib.
Qeyd edək ki, "Milan" və "Yuventus"da da çıxış etmiş Pirlo son olaraq ABŞ-ın “Nyu York Siti” klubunda oynayıb. 2002-2015-ci illərdə İtaliya millisinin formasını geyinən "maestro" 116 oyuna 13 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB