“Qarabağ” Çempionlar Liqasında mərhələ adladı

“Qarabağ” Çempionlar Liqasında mərhələ adladı

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyununa çıxıb. Qurban Qurbanovun komandası öz meydanında Sloveniya çempionu “Olimpiya”nı qəbul edib. Səfərdə 1:0 hesablı qələbə qazanan Ağdam klubu ikinci görüşdə qolsuz bərabərə qalıb və növbəti mərhələyə yüksəlib.
“Qarabağ” ikinci təsnifat mərhələsində Albaniya çempionu “Kukesi” ilə üz-üzə gələcək.

18 iyul

Çempionlar Liqası

I təsnifat mərhələsi, cavab oyunu

21:00. “Qarabağ” (Azərbaycan) - “Olimpiya” (Sloveniya) - 0:0
İlk oyun:
1:0
Baş hakim: Erez Papir (İsrail)
Bakı. Tofiq Bəhramov adına respublika stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə