“Çelsi” liderliyi “Qırmızı Şeytanlar”a təhvil verdi

İngiltərə Premyer Liqasında XV tur başa çatıb. SİA-nın məlumatına görə, "Qırmızı Şeytanlar" turnir cədvəlində lider olublar. Buna "Çelsi"nin səfərdə heç-heçə etməsi şərait yaradıb ("Nyukasl"la 1:1).
"Tottenhem" isə "Liverpul"u qəbul edib və qələbə qazanıb. Turun ən maraqlı qarşılaşması Mançesterdə keçirilib. "Mançester Yunayted" "Blekbern"i qonaq etdiyi oyunda 7:1 hesablı qələbə qazanıb. Matçın qəhrəmanı Dimitar Berbatov olub. Bolqar futbolçu "Blekbern"i təkbaşına beş dəfə meydanın mərkəzinə dəvət edib. Digər iki qola isə Ji-Sunq Park və Nani imza atıb.
"Arsenal" isə səfərdə "Aston Villa"nı 4:2 hesabı ilə məğlub edib. "Mançester Siti" "Stok Siti" ilə səfər oyununda xal itirib - 1:1.

Oyunların nəticələri:

27 noyabr
"Vest Hem" - "Viqan" 3:1
"Mançester Yunayted" – "Blekbern" 7:1
"Vulverhempton" – "Sanderlend" 3:2
"Everton" – "Vest Bromviç" 1:4
"Stok Siti" – "Mançester Siti" 1:1
"Fulhem" – "Birmingem" 1:1
"Bolton" – "Blekpul" 2:2
"Aston Villa" – "Arsenal" 2:4

28 noyabr
"Nyukasl" – "Çelsi" 1:1
"Tottenhem" – "Liverpul" 2:1

Bütün xəbərlər Facebook səhifəmizdə