"DÇ-2018"in final matçının hakim təyinatları açıqlanıb

"DÇ-2018"in final matçının hakim təyinatları açıqlanıb

Dünya çempionatında Fransa və Xorvatiya yığmaları arasında keçiriləcək final matçına hakim təyinatları açıqlanıb. SİA-nın məlumatına görə, görüş argentinalı Nestor Pitanaya həvalə olunub.

Ona həmyerliləri Ernan Maydana və Xuan Belatti yan xətt, hollandiyalı Byorn Kuypers dördüncü hakim qismində kömək edəcək.

İyulun 15-də Moskvadakı "Lujniki" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20.00-da başlanacaq.

Bundan bir gün əvvəl isə Sankt-Peterburqdakı eyniadlı stadionda Belçika və İngiltərə yığmaları arasında keçiriləcək görüş isə iranlı Alireza Faqaniyə tapşırılıb. Görüşə saat 19.00-da start veriləcək.

Qeyd edək ki, Nestor Pitanya Rusiyanın Səudiyyə Ərəbistanını 5:0 hesabı ilə yendiyi açılış oyununun da baş hakimi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə