Xorvatiya - İngiltərə matçını Cüneyt Çakır idarə edəcək

Xorvatiya - İngiltərə matçını Cüneyt Çakır idarə edəcək

“DÇ-2018”in yarımfinal mərhələsinin Xorvatiya - İngiltərə görüşünü idarə edəcək hakimlər müəyyənləşib. SİA-nın məlumatına görə, sözügedən matçın baş hakimi türkiyəli ədalət təmsilçisi Cüneyt Çakır olacaq.

Ona həmyerliləri Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Matçın 4-cü hakimi Hollandiya Futbol Federasiyasından Byörn Kuypers olacaq.

Qeyd edək ki, Xorvatiya - İngiltərə matçı iyulun 11-i Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə