Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Baltsan” – “Keşlə” matçının yeri və başlama saatı dəyişdirilib. UEFA-nın rəsmi saytında yer alan xəbərə görə, qarşılaşma iyulun 12-də Ta Qalidəki “Çentanari” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə 20:00-da start götürəcək.
Xatırladaq ki, bu oyunun daha öncə Ta Qalidəki Milli Stadionda keçiriləcəyi və Bakı vaxtı ilə 21:00-da start götürəcəyi bildirilirdi. Qeyd edək ki, bu komandalar arasında cavab oyunu isə iyulun 19-da Bakıda keçiriləcək
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB