"Qarabağ"ın rəqibi növbəti transferini reallaşdırıb

"Qarabağ"ın rəqibi növbəti transferini reallaşdırıb

"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi Sloveniyanın "Olimpiya" klubu növbəti transferini reallaşdırıb. Klubun saytında yer alan xəbərə görə, komanda Sloveniya II liqasında çıxış edən "Bravo" klubunun 18 yaşlı futbolçusu Haris Kadriçi heyətinə qatıb. Gənc hücumçu Lyublyana şəhər təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Olimpiya" daha öncə Marko Putintsanı və Andriya Kaludjeroviçi transfer edib.

Bütün xəbərlər Facebook səhifəmizdə