Fransa milli komandasının Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı üçün yekun heyəti müəyyənləşib. SİA xəbər verir ki, baş məşqçi Didye Deşam heyətdə qapıçılardan Alfons Areola (PSJ), Uqo Lyoris (“Tottenhem”), Stiv Mandandaya (“Marsel”) yer verib.
Mundialda Fransa millisinin müdafiə xəttini Lukas Ernandes (“Atletiko Madrid”), Presnel Kimpembe (PSJ), Benjamen Mendi (“Mançester Siti”), Cibril Sidibe (“Monako”), Adil Rami (“Marsel”), Benjamen Pavar (“Ştutqart”), Samuel Umtiti (“Barselona”) və Rafael Varan (“Real Madrid”) qoruyacaqlar.
Yarımmüdafiəçilərdən Blez Matuidi (“Yuventus”), Pol Poqba (“Mançester Yunayted”), Nqolo Kante (“Çelsi”), Korentin Tolisso (“Bavariya”), Stiven Nzonzi (“Sevilya”), hücumçulardan isə Olivye Jiru (“Çelsi”) Antuan Qrizman (“Atletiko Madrid”), Usman Dembele (“Barselona”), Toma Lemar (“Monako”), Kaylian Mbappe (PSJ), Floryan Toven (“Marsel”) və Nabil Fekir (“Lion”) forma geymək şansı qazanıblar.
Fransa millisi dünya çempionatında Avstraliya, Danimarka və Peru ilə birgə “C” qrupunda mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB