Əmrə Belözoğlu daha bir mövsüm "Başakşəhər"də oynayacaq

Əmrə Belözoğlu daha bir mövsüm "Başakşəhər"də oynayacaq

Türkiyə Super Liqasında mövsümü 3-cü pillədə başa vuran "Başakşəhər" ara transferlərə başlayıb. SİA-nın məlumatına görə, İstanbul klubu kapitan Əmrə Belözoğlu ilə müqavilə müddətini uzadıb. 37 yaşlı yarımmüdafiəçi daha bir mövsüm "Başakşəhər"in uğurları üçün çalışacaq.

Qeyd edək ki, təcrübəli futbolçu 2015-ci ildən "Başakşəhər"də çıxış edir. Əmrə "Qalatasaray", "İnter", "Nyukasl", "Atletiko" və "Fənərbaxça" kimi klublarda çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə