Konkur üzrə Azərbaycan birinciliyinin qalibləri bəlli oldu

Konkur üzrə Azərbaycan birinciliyinin qalibləri bəlli oldu
Konkur üzrə Azərbaycan birinciliyi keçirilib. SİA-nın məlumatına görə, turnir Sərhədçi Atçılıq Mərkəzində təşkil olunub. İlk olaraq 18 yaşlı idmançıların yarışı keçirilib. Birincilikdə Pənah Əlizadə "Razborçivı" ləqəbli atla qızıl medal qazanıb. İkinci yerə "Orifleym" ləqəbli atla Ziya Allahverdiyev, üçüncü yerə isə həmin atla Sənan Novruzov layiq görülüb.
Daha sonra cavan atların yarışı təşkil olunub. Medallar uğurunda gərgin mübarizədə fəxri kürsünün ən yüksən pilləsinə "Elina" ləqəbli atla Vanetto Teneov qalxıb. İkinci yerdə "Rodriqo" ləqəbli atla Sergey Paryev, üçüncü yerdə isə "Aqrı" ləqəbli atla Ələkbər Məmmədov qərarlaşıb.
Əsas atların yarışında ilk iki yeri Seyid Musayev tutub. O, birinci yerə  "Carry Sanders", ikinci yerə isə "Nabab de Belou" ləqəbli atla layiq görülüb. Üçüncü yerə isə "Light Limercik" ləqəbli atla Hikmət Musayev çıxıb.
Qeyd edək ki, yarışın umumi mükafat fondu 5 min manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə