"Kəpəz" Bakıda hazırlıq keçir

"Kəpəz" Bakıda hazırlıq keçir

Topaz Premyer Liqasının 27-ci turunda səfərdə "Zirə" ilə qarşılaşacaq "Kəpəz" bu matçın hazırlıqlarını davam etdirir. SİA-nın məlumatına görə, "sarı-göylər" Bakıda məşq edir. Komanda Bakı Olimpiya Stadionunun yardımçı meydançasında hazırlaşır. Çalışmalar hər gün saat 11:00-da başlayır.

Qeyd edək ki, mayın 12-də keçiriləcək "Zirə" - "Kəpəz" oyunu saat 19:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə