Bu gün keçiriləcək iki oyunla əvəzedici heyətlərin Azərbaycan çempionatında XIII tura start veriləcək. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, turun açılış oyununda paytaxtın MOİK və AZAL klubları qarşılaşacaq. Son turda çempion "Qarabağ"la oyunda qələbəni əldən verən MOİK futbolçuları ilk altılıq uğrunda mübarizədə AZAL-ı məğlub etmək əzmindədirlər. Belə ki, "hərbçilər"i 5 və 6-cı pillələri bölüşən "Muğan" və "İnter"dən yalnız bir xal ayırır. Turnir cədvəlinin üçüncü pilləsində qərarlaşmış AZAL isə qalib gəlməklə liderlər qrupunda yerini qoruya bilər.
MOİK - AZAL
Hakimlər: Orxan Məmmədov, Rahil Ramazanov, Vüsal Qənbərov, Müslüm Mövludov
Hakim-inspektor: Vahid Quliyev
"Şəfa" stadionu, 4-cü meydança. Saat 14:00
Günün digər oyununda "Turan" doğma meydanda "Gəncə" klubunu qəbul edəcək. "Qərb derbisi" kimi səciyyələndirilən qarşılaşmada ev sahibi komandanı üstün saymaq olar. Belə ki, ilk dövrədə keçirilən qarşılaşmada 3:1 hesabı ilə qalib gələn Nizami Ocaqverdiyevin yetirmələri son 9 oyunda məğlubiyyətsiz irəliləyir. Ehtiyatda bir oyunu olan "Turan"ı həm də itirilmiş xallara görə turnir cədvəlinin lideri saymaq olar. Son üç oyunda iki xal toplayan Gəncə təmsilçisini isə 11-ci pillədən cəmi 3 xal ayırır.
"Turan" - "Gəncə"
Hakimlər: Camaləddin Hacıyev, Ruslan Nəsibov, İftixar Qəniyev, Ruslan Quliyev
Hakim-inspektor: Salman Vəliyev
Tovuz rayonu, Qaraxanlı qəsəbə stadionu. Saat 14:30
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB