F2 yarışının sərbəst yürüşündə ən yaxşı nəticə kimə məxsusdur?

F2 yarışının sərbəst yürüşündə ən yaxşı nəticə kimə məxsusdur?

Bu gün Bakıda keçirilən FIA Formula 2 yarışının sərbəst yürüşündə ən yaxşı nəticəni "Carlin" komandasının braziliyalı pilotu Serjiu Sette Kamara göstərib. SİA-nın məlumatına görə, onun nəticəsi 1:57.136 dəqiqə təşkil edib.

İkinci ən yaxşı nəticə "Campos Vexatec Racing"in italiyalı pilotu Luka Gyotto (1:57.208), üçüncü nəticə "MP Motorsport"un pilotu Ralf Boşunqa (1:57.629) məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə