Yurgen Klopp Salah haqqında danışdı

Yurgen Klopp Salah haqqında danışdı

"Liverpul"un zədəli futbolçusu Məhəmməd Salahın "Mançester Siti"yə qarşı Çempionlar Liqasının 1/4 finalında keçiriləcək cavab matçında oynayıb-oynamayacağı hələlik məlum deyil.

Bu barədə klubun baş məşqçisi Yurgen Klopp UEFA-nın saytına açıqlamasında deyib: "Salahın "Mançester Siti"yə qarşı oynamaq ehtimalı var. Amma biz məşqlərin sonunu gözləməliyik. Sonra yekun qərar verəcəyik".

Qeyd edək ki, M.Salah "Mançester Siti" ilə ilk oyunda zədələnib. Əlavə edək ki, "Mançester Siti" - "Liverpul" görüşü bu gün keçiriləcək. Bu komandalar arasında ilk matçda "Liverpul" 3:0 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə