“Səbail” U-16-nı məğlub edib

“Səbail” U-16-nı məğlub edib

Bakıda seleksiya xarakterli təlim-məşq toplanışında olan 16 yaşadək (2003-cü il təvəllüdlü) futbolçulardan ibarət milli komandamız yoxlama oyununda qüvvəsini sınayıb. SİA-nın məlumatına görə, “Səbail”in U-17 (2001-ci il təvəllüdlü futbolçulardan ibarət) komandası ilə qarşılaşan U-16 0:1 hesabı ilə məğlub olub.

Bu gün U-16 daha bir yoxlama oyunu keçirəcək. Saat 16:30-da İsmət Qayıbov adına təlim-məşq bazasında keçiriləcək oyunda U-16 və 17 yaşadək futbolçulardan ibarət milli komandalarımız qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə