Yığma komandaların məşqçiləri arasında yeni bölgü aparılıb

Yığma komandaların məşqçiləri arasında yeni bölgü aparılıb
Azərbaycan Güləş Federasiyasının Prezidentinin 4 noyabr 2010-cu il tarixli 22 saylı əmrinə əsasən yeniyetmə və gənclərdən ibarət yığma komandaların məşqçiləri arasında yeni bölgü aparılıb. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bundan sonra həm yeniyetmə, həm də gənclərdən ibarət yığma komandaların məşqçiləri güləşçilərlə çəki dərəcələri üzrə məşğul olacaqlar. Belə ki, çəki dərəcələri üzrə komandalar aşağı və yuxarı çəki dərəcələri olmaqla 2 qrupa bölünür. Hər bir qrupun hazırlığına 1 böyük məşqçi və 1 məşqçi təhkim olunur. Sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandanın I qrupuna (42, 46, 50, 54 və 58 kq çəki dərəcələri) böyük məşqçi Vahid Məmmədov və məşqçi Əsgərxan Novruzov, II qrupuna (63, 69, 76, 85 və 100 kq çəki dərəcələri) böyük məşqçi Rövşən Umudov və məşqçi Həsrət Məmmədyarov rəhbərlik edəcək. Yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandanın I qrupuna (42, 46, 50, 54 və 58 kq çəki dərəcələri) böyük məşqçi Zöhrab Abbasov və məşqçi İslam Cəfərov, II qrupuna (63, 69, 76, 85 və 100 kq çəki dərəcələri) böyük məşqçi Rasim Ağayev və məşqçi Əfsər Namazəliyev rəhbərlik edəcək. Sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın I qrupuna (50, 55, 60 və 66 kq çəki dərəcələri) böyük məşqçi Arif Abdullayev və məşqçi Namiq Quliyev, II qrupuna (74, 84, 96 və 120 kq çəki dərəcələri) böyük məşqçi Elman Əsgərov və məşqçi Rövşən Hacıyev rəhbərlik edəcək. Yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandanın I qrupuna (50, 55, 60 və 66 kq çəki dərəcələri) böyük məşqçi İlqar Abdulov və məşqçi Orxan Əliyev, II qrupuna (74, 84, 96 və 120 kq çəki dərəcələri) böyük məşqçi Ağalar Aslanov və məşqçi Nazim Əhmədov rəhbərlik edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə