Serxio Buskets zədəsini sağaldıb

Serxio Buskets zədəsini sağaldıb

"Barselona"nın futbolçusu Serxio Buskets zədəsini sağaldıb. Klubun saytında yer alan xəbərə görə, o, Çempionlar Liqasının 1/4 finalında "Roma" ilə oyun öncəsi məşqdə iştirak edib. Komandanın baş məşqçisi Ernesto Valverde şans verəcəyi təqdirdə, o, İtaliya klubuna qarşı oynayacaq. Qeyd edək ki, "Barselona" - "Roma" görüşü aprelin 4-ü keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə