Tələbələr arasında güləş üzrə dünya çempionatı davam edir. SİA-nın məlumatına görə, yarışın növbəti günündə Azərbaycanın yeganə qadın nümayəndəsi, 63 kq çəki dərəcəsində çıxış edən Gözəl Zutova xalça üzərinə çıxıb.
İdmançımız mundialın birinci dövrəsində Ukrayna nümayəndəsinə uduzmuşdu. Təsəlli görüşü keçirmək hüququ əldə etmiş Gözəl Kanada nümayəndəsinə qalib gəlib. Lakin yaponiyalı rəqibinə uduzaraq beşinci yeri tutub.
Qeyd edək ki, çempionatın son iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. Bu növdə Azərbaycan idmanının şərəfini Orxan Əhmədov (55 kq), Orxan Paşayev (60 kq), Rəsul Cunayev (66 kq), Samuray Mustafayev (74 kq), Şəhriyar Məmmədov (84 kq) və Səbuhi Hümbətov (96 kq) qoruyacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB