"Bavariya"da yeni müqavilə qeydə alınıb. SİA-nın məlumatına görə, Münhen təmsilçisi müdafiəçi Coşua Kimmixlə sözləşmənin müddətini uzadıb. Almaniya millisinin üzvü ilə 2020-ci ildə bitməli olan müqavilənin müddəti 2023-cü ilədək artırılıb.
Qeyd edək ki, 23 yaşlı futbolçu "Bavariya"ya 2015-ci ildə "Leyptsiq"dən transfer olunub. O, münhenlilərin heyətində meydana çıxdığı 109 qarşılaşmada 13 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB