Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük dəbilqə” turniri başa çatıb. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, turnirin sonuncu günündə qadınların yarışında 78 kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizi təmsil edən İrina Kindzerska yalnız bir görüşdə uduzaraq bürünc medal qazanıb. Cüdoçumuz üçüncü yer uğrunda qarşılaşmada Bosniya və Herseqovina təmsilçisi Larisa Ceriçə qalib gəlib.
Xatırladaq ki, İ.Kindzerska 2 həftə əvvəl Parisdə keçirilən nüfuzlu yarışı da bürünc medalla başa vurub.
Beləliklə, Azərbaycan cüdoçuları Almaniya turnirində 2 medala sahib olublar. Kişi cüdoçularımız arasında ən yaxşı nəticəni gümüş medal qazanan Rüstəm Orucov göstərib.
Qeyd edək ki, Düsseldorf turnirində 65 ölkədən 441 cüdoçu mübarizə aparıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB