Bu komanda Nobel sülh mükafatı ala bilər

Bu komanda Nobel sülh mükafatı ala bilər

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, xokkey üzrə Olimpiya çempionu Anjela Ruqqyero qadın xokkeyçilərdən ibarət birləşmiş Koreya yığmasına Nobel sülh mükafatının təqdim olunmasını təklif edib.

Xokkeyçi deyib: “Mən çox istərdim ki, komanda Nobel sülh mükafatı alsın. Onların atdıqları addımı qeyd etmək lazımdır”.

Xatırladaq ki, Koreya 1953-cü ildə parçalandıqdan sonra Cənubi Koreya və Şimali Koreya arasında diplomatik münasibətlərin olmamasına baxmayaraq, bu ölkələr Pxençxanda Qış Olimpiya Oyunlarında qadın xokkeyçilərdən ibarət vahid komanda ilə təmsil olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə