İngiltərə Premyer Liqasında qış fasiləsi ola bilər

İngiltərə Premyer Liqasında qış fasiləsi ola bilər

Avropanın digər aparıcı çempionatlarından fərqli olaraq İngiltərə Premyer Liqası sıx və gərgin qrafikinə görə fərqlənir. Dekabrın sonudan yanvarın ortalarına kimi davam edən "Boxing day" bir sıra məşqçilərdə narazılıq doğurur. SİA-nın məlumatına görə, 2019-cu ildən Premyer Liqada da qış fasiləsi ola bilər. Liqa rəhbərliyi bu məsələni gözdən keçirir. Teleyayım haqqında yeni müqavilədə analoji bəndin yer alacağı ehtimal olunur.

"Sky" və "BT" kanalları ilə 5.4 milyard funt dəyərində olan anlaşmaya görə çempionata qışda fasilə vermək mümkün deyil. Həmin müqavilə 2019-cu ilə kimi qüvvədədir. BBC tərəfindən keçirilən sorğuda respondentlərin 59%-i komandaların qış fasiləsinə getməsini dəstəkləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə