Türkiyə toplanışından qayıtdıqdan sonra iki gün istirahət edən “Kəpəz” futbol klubunun əsas komandasının üzvləri Bakıda məşqlərə başlayıblar. SİA-nın məlumatına görə, komanda dünəndən Bakı Olimpiya Stadionunun (BOS) yardımçı meydançasında çempionatın XV turunda qarşılaşacağı “Neftçi” ilə oyunun hazırlıqlarına start verib. “Sarı-göylər” fevralın 9-na kimi BOS-da hazırlıq keçəcək. Gəncə klubunun oyundan öncəki son məşqi isə görüşün keçiriləcəyi stadionda olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB