“Sumqayıt” futbol klubu Antalyada təlim-məşq toplanışını başa vuraraq Vətənə qayıdıb. SİA-nın məlumatına görə, Samir Abasovun yetirmələri bir günlük istirahətin ardından “Kapital Bank Arena”da Premyer Liqanın 15-ci turu çərçivəsində keçiriləcək “Zirə” ilə oyunun hazırlığına başlayacaqlar.
Qeyd edək ki, “Sumqayıt” Antalyada 4 yoxlama matçı keçirib. Komanda ilk oyununda Rumıniyanın ”Konkordiya" klubu ilə qarşılaşıb - 0:1. İkinci qarşılaşmada Samir Abasovun yetirmələri Makedoniya təmsilçisi “Akademiya Pandev” ilə sülh bağlayıblar - 1:1. Növbəti yoxlama oyununu Rusiyanın “Anji” klubuna qarşı keçirən “Sumqayıt” meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib. Komanda son matçını Serbiya “Mladost”una qarşı keçirib - 0:4.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB