Emenike "Las Palmas"la anlaşıb

Yunanıstanın "Olimpiakos" klubu hücumçusu Emmanuel Emenikeni icarəyə verib. SİA-nın məlumatına görə, Nigeriya millisinin sabiq üzvü karyerasını İspaniyada davam etdirəcək. 30 yaşlı forvard autsayder "Las Palmas"la anlaşıb. Hücumçu La Liqa təmsilçisinin heyətində icarə əsasında çıxış edəcək. Müqavilənin müddəti mövsümün sonuna kimi nəzərdə tutulub.

Qeyd edək ki, Olimpiakos, Emenikeni ötən il "Fənərbaxça"dan 3,8 milyon avroya transfer etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə