“Neftçi” “Sabah"a qarşı

Antalyada təlim-məşq toplanışında olan “Neftçi” daha bir yoxlama oyununu Bakıda keçirəcək. SİA-nın məlumatına görə, Tərlan Əhmədovun komandası “Sabah"la qarşılaşacaq. Bu barədə məlumatı birinci divizion klubunun mətbuat xidməti yayıb.

Fevralın 5-də İsmət Qayıbov adına təlim-məşq bazasında keçiriləcək oyun saat 15:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə