U-19 bu gün yoldaşlıq oyunu keçirəcək

U-19 bu gün yoldaşlıq oyunu keçirəcək

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirəcək. SİA-nın məlumatına görə, yığmamız “Antalyaspor” klubunun U-19 komandası ilə qarşılaşacaq. Qarşılaşma yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00) başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə