Antalyada təlim-məşq toplanışında olan "Qarabağ” klubu bu gün növbəti yoxlama oyununa çıxacaq. SİA-nın məlumatına görə, Ağdam təmsilçisi Bosniya və Hersoqovinanın yüksək liqa təmsilçisi "Sarayevo” ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ" bundan əvvəl "Kuban"la 2:2, "Lexiya" (Polşa) ilə 1:1, "Şkupi" (Makedoniya) ilə qolsuz bərabərə qalıb, "Mariupol"a (Ukrayna) 2:3 hesabı ilə uduzub.
29 yanvar
Yoxlama oyunu
18:30 "Qarabağ" - "Sarayevo"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB