Mustafa Cengiz “Qalatasaray”ın yeni prezidenti seçilib

Mustafa Cengiz “Qalatasaray”ın yeni prezidenti seçilib

“Qalatasaray”da növbədənkənar konfrans keçirilib. Konfransda klubun yeni prezidenti də seçilib. Hazırkı prezident Dursun Özbəklə Mustafa Cengizin yarışdığı səsvermədə ikinci qalib gəlib. O, "Qalatasaray"ın 37-ci prezidenti olub.

1623 səs toplayan Özbək 1703 səs yığan M.Cengiz qarşısında aciz qalaraq postunu təhvil verib. Qeyd edək ki, Dursun Özbək 2015-ci ildən “Qalatasaray”a rəhbərlik edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə