“Səbail” “Sabah”la yoxlama görüşü keçirəcək

“Səbail” “Sabah”la yoxlama görüşü keçirəcək

Topaz Premyer Liqasında çıxış edən “Səbail” I Divizion təmsilçisi “Sabah”la yoxlama görüşü keçirəcək. SİA-nın məlumatına görə, qarşılaşma yanvarın 11-də, saat 17:00-da “Bayıl Arena”da baş tutacaq və hər iki komandanın qış fasiləsində ilk yoxlama görüşü olacaq.

Əlavə edək ki, "Sabah" "Kəpəz"lə də yoxlama matçında qarşılaşacaq. Həmin görüşün tarixi bəlli deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə