FAİ-yə yeni prezident seçilib
Beynəlxalq Aviasiya və Hava idmanı Federasiyasına (FAİ) yeni prezident seçilib. SİA-nın məlumatına görə, yeni prezident Dublində keçirilən Baş Konfransda seçilib. Federasiyasiyanın yeni başqanı Con Grubbstrom olub.
Altı il FAİ-nin Prezidenti olmuş Pyer Portman Fəxri Prezident seçilərək bu vəzifədən istefaya gedib.
Qeyd edək ki, isveçli həkim Con Grubbstrom 1948-ci ildə anadan olub. Bu vəzifəyə seçilənə qədər o, İsveçin Hava idmanı Federasiyasının vitse-prezidenti və prezidenti vəzifələri də daxil olmaqla, aviasiya ilə bağlı müxtəlif qeyri-kommersiya təşkilatlarında və FAİ-də yüksək vəzifələr tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə