“Mançester Yunayted” yeni rekorda imza atıb. Belə ki, “qırmızı şeytanlar” Premyer Liqada eyni rəqib üzərində qazandığı qələbə sayında digər ingilis klublarını qabaqlayıb.
Son turda “Everton”u məğlub edən (2:0) Joze Mourinyonun komandası sözügedən komanda üzərində 35-ci qələbəsini qazanıb. Bundan əvvəlki rekord da MY-yə məxsus idi. Komanda ölkə çempionatında “Aston Villa”ya 34 dəfə qalib gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB