Bakı Karate-do Akademiyası 2017-ci ili uğurla başa vurub

Bakı Karate-do Akademiyası 2017-ci ili uğurla başa vurub

Karate-do Akademiyasının 2017-ci ildə gördüyü işlərin yekunlarına həsr olunan tədbir keçirilib. Bakı Şəhər Sabunçu Rayonu Gənclər Evində baş tutan tədbirdə tanınmış idmançılar, federasiya rəhbərləri, media nümayəndələri, gənc idmançılar və onların valideynləri iştirak ediblər.

Tədbirdə Karate-do Akademiyasının prezidenti Vüsal Abdullazadə çıxış edərək rəhbərlik etdiyi təşkilatın 2017-ci ildə gördüyü işlər barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, cari ilin yanvar ayında İranda keçirilən beynəlxalq turnirdə akademiyanın yetirmələri 1 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar. Alpaqut idman növü üzrə keçirilən respublika çempionatında əzmkarlıqla mübarizə aparan idmançılar yüz faizlik nəticə göstərərək 4 qızıl medal əldə ediblər.

Mart 18-də Karate üzrə Respublika Çempionatında akademiyanın tələbələri 6 qızıl, 3 gümüş, 4 bürünc medal qazanıblar. Bakı Karate-do Akademiyasının təşkilatçılığı ilə iyul ayının 1-10 tarixiləri arasında idmançılar İsmayıllı rayonunun Basqal kəndində yay düşərgəsinə qatıldılar.

Uğurların sadalananlardan daha çox olduğunu söyləyən qurum rəhbəri onu da diqqətə çatdırıb ki, Bakı Karate do Akademiyasının qarşısına qoyduğu missiyalardan biri də idmançıların təhsildə sahəsindəki inkişafıdır. Bu məqsədlə onların təhsil aldığı məktəblərdə müəllim və direktorla görüşlər keçirilib. Bununla da Akademiya bir daha sübut etmək istəyir ki, idmançı həm güclü, həm də təhsilli olmalıdır. Çünki savad, düşüncə, ağıl olmasa idmançı öz rəqibinə yalnız gücü ilə qalib gələ bilməz.

Tədbirdə digər çıxış edənlər Bakı Karate-do Akademiyasına və onu təmsil edən idmançılara yeni-yeni uğurlar arzulayıblar.

Sonda 2017-ci ildə yüksək nəticə göstərən idmançılar mükafatlandırılıb.

Göstərdiyi yüksək əməkdaşlığa görə, Səs TV-nin redaktoru Cabir Məmmədov da Akademiya tərəfindən mükafata layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə