Bakı şəhər açıq turniri keçiriləcək

Bakı şəhər açıq turniri keçiriləcək

Dekabrın 23-də Şüvəlan qəsəbəsində yerləşən Azərbaycan Ağır Atletika Akademiyasında Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə Bakı şəhər açıq turniri keçiriləcək. SİA-nın məlumatına görə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Ağır Atletika Federasiyası tərəfindən keçiriləcək yarışda 1997-ci il təvəllüdlü və ondan kiçik yaşlı idmançılar mübarizə aparacaqlar.

İlk üç yeri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Ağır Atletika Federasiyası tərəfindən müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri və medallarla təltif olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə