Azərbaycan boksçuları Ukraynaya yollanacaqlar

Azərbaycan boksçuları Ukraynaya yollanacaqlar

Ukraynada boks üzrə beynəlxalq turnir keçiriləcək. SİA-nın məlumatına görə, oktyabrın 18-də Simferopol şəhərində təşkil olunacaq yarış ispaniyalı boksçu, Ukraynanın Əməkdar məşqçisi Pedro Saes Benediktonun xatirəsinə həsr olunacaq. 13-cü dəfə təşkil olunacaq turnirdə 6 ölkə - Azərbaycan, Ukrayna, Qazaxıstan, Moldova, Rusiya və Özbəkistan imançıları medallar uğrunda mübarizə aparcaqlar.
Azərbaycan yığmasının heyətində Ceyhun Çələbiyev (52 kq), Rəhim Nəcəfov (56 kq), Hacıəli Heybətullayev (60 kq), Tamerlan Abdullayev (64 kq), Rahib Bəylərov (75 kq) və Kamran Mehdiyev (81 kq) yer alıb.

Qeyd edək ki,  yarış oktyabrın 24-də yekunlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə