Azərbaycan pəhləvanları “Qitələrarası Kubok” turnirində iştirak edəcək
Oktyabrın 15-17-də Xasavyurtda sərbəst güləş üzrə "Qitələrarası Kubok" (Intercontinental Cup) beynəlxalq turniri keçiriləcək. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, turnirdə Azərbaycan yığma komandası da iştirak edəcək. Yığma komandamızın heyətində Mahmud Məhəmmədov (55 kq), Xaybulla Şaalov (60 kq), Ruslan Dibirhacıyev, Emin Əzizov (hər ikisi 66 kq), Aqil Quliyev (74 kq), Şərif Şərifov (84 kq), Aslanbek Alborov (96 kq) və Əli İsayev (120 kq) yer alıb.
Xatırladaq ki, Qroznıda keçirilən "Ramzan Kadırov Kuboku və Adlan Varayev mükafatı" uğrunda beynəlxalq turnirdə iştirak edən sərbəst güləşçilərimizdən Əli İsayev (120 kq) bürünc medala sahib olub. Bürünc medal uğrunda görüşdə məğlub olan Novruz Temrezov (84 kq) isə 5-ci yerlə kifayətlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB