"Bavariya”nın forvardı Robert Levandovski fırıldaqçıların tələsinə düşüb. SİA-nın məlumatına görə, polşalı hücumçu göz xərçəngindən əziyyət çəkən uşağın müalicəsi üçün 23,5 min avro pul köçürüb. Müəyyən müddətdən sonra Levandovskinin ödədiyi pulların ünvanına çatmadığı müəyyənləşib.
Belə ki, bir qrup fırıldaqçı internet vasitəsi ilə insanlardan kömək istəyib. Sosial şəbəkələrdə yayılan elanlarda xəstə azyaşlının toplanan pullar hesabına ABŞ-a müalicəyə göndəriləcəyi bildirilib. Onlara inananlardan biri də Münhen klubunun hücumçusu olub. Fırıldaqçılar açılmış hesaba köçürülən pulları nağdlaşdıraraq aradan çıxıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB