Valtteri Bottas: “Lyuis bu il həqiqətən məndən daha yaxşı çıxış etdi” - AÇIQLAMA
Formula 1 üzrə bu ilki dünya çempionatına güclü başlayan və ilk yarıda iki qələbə qazanan “Mercedes” komandasının pilotu Valtteri Bottas, mövsümün ikinci hissəsində zəifləməyə başlayıb və çempionluğu komanda yoldaşı Lyuis Həmiltona təhvil verib. SİA-nın məlumatına görə, Bottas hazırda çempionatda 3-cü sırada yer alıb. Pilot əgər son iki yarışda ikinciliyə yüksələ bilməsə, 2014-cü ildən ilk dəfə “Mercedes” çempionatı ilk ikilikdə iki pilotunun olması ilə bitirə bilməyəcək.
Bottas bu il çemopionluğu uduzduqdan sonra artıq mövsümü “Ferrari”nin sürücüsü Sebastyan Fetteldən öndə bitirməyi düşündüyünü bildirib. O, Lyuisin çempionluğa daha layiq olduğunu vurğulayıb: “Lyuis bu il həqiqətən məndən daha yaxşı çıxış etdi. Hər kəsin də qəbul etdiyi kimi, o çempionluğu haqq edir. Mövsümün ikinci hissəsində çox sürətli və istəkli idi. Mən bu il çempion ola biləcəyimi hiss edirdim, ancaq problem oldu. Artıq fikrimi minimum hədəfim olan ikinciliyə yönəltmişəm. İkinci olmaq üçün şansım var. Aradakı fərqi yox etmək üçün əlimdən gələni edəcəyəm. Gələn il isə yeni bir səhifə açılacaq. Hər şeyə sıfırdan başlayacağıq. İndi komandamı, sistemi və Lyuisi yaxşı tanıyıram. Gələn il daha yaxşı olmağa çalışacağam”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB