"Palmeras" klubunun baş məşqçisi Luiz Felip Skolari iki oyunluq cəzalandırılıb. SİA-nın məlumatına görə, baş məşqçi matçda hakimi təhqir etdiyinə görə cəzaya məruz qalıb. Baş məşqçi sentyabrın 19-da "Sao Paulo"ya 2:0 məğlub olduqları oyunun ilk yarısında sərbəst zərbə ilə topu oyuna daxil edərkən canlı sədd məsafəsini düzgün qurmadığını düşündüyü hakimə təhqiredici ifadələr işlətmişdi. Məhz bu səbədən Skolari iki oyun stadionda ola bilməyəcək.
Xatırladaq ki, Braziliya milli komandasını 2002-ci ildə dünya çempionu edən 61 yaşlı mütəxxəssis son illərdə Portuqaliya yığması, "Çelsi", "Bunyotkor" kimi komandalarda çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB