“2018-ci ildə Həmilton və Fettel arasında böyük mücadilə olacaq” - AÇIQLAMA

“2018-ci ildə Həmilton və Fettel arasında böyük mücadilə olacaq” - AÇIQLAMA

Builki Formula-1 çempionatında “Ferrari” komandası problemlə qarşılaşmadığı yarışlarda “Mercedes”ə yaxın, hətta bəzən daha sürətli oldu. Ancaq çempionatın bitməsinə 4 yarış qalmış “Mercedes”in pilotu Lyuis Həmiltonun çempionluq şansı çox yüksəkdir.

SİA-nın məlumatına görə, keçmiş Formula-1 pilotu Cerard Berqer “Ferrari”nin bu il “Mercedes”ə qarşı yüksək səviyyədə yarışdığını, gələn il də Lyuis Həmilton (“Mercedes”) və Sebastyan Fettel (“Ferrari”) arasındakı gərgin mübarizənin davam edəcəyini bildirib: “Fettel özünü 2017-ci ildə məğlub kimi hiss etməməlidir. “Ferrari” ötən ildən sonra böyük hücum gerçəkləşdirdi və “Mercedes”ə gözləniləndən də çox təzyiq göstərdi. Bu komanda doğru yoldadır. 2018-ci ildə Həmilton və Fettel arasında böyük mücadilə olacaq. O zaman hər iki pilot yarışa 4 qat dünya çempionu kimi qatılacaq”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə