Ölkəmizdə keçirilən müxtəlif çempionatlarda iştirak edən hakimlərin nəzəri biliklərinin artırılması məqsədilə FİFA-nın 2010/2011-ci il mövsümü üçün Futbol Oyun Qaydaları AFFA tərəfindən tərcümə olunub. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, nəşrin Azərbaycan dilinə tərcümə olunmasına razılıq əldə etmək məqsədilə bir müddət əvvəl AFFA tərəfindən FİFA-ya rəsmi müraciət ünvanlanıb və FİFA bu müraciəti müsbət cavablandırıb.
İlk dəfə Azərbaycan dilinə tərcümə olunmuş FİFA-nın 2010/2011-ci il mövsümü üçün Futbol Oyun Qaydaları yaxın gələcəkdə nəşr edilərək hakimlərə, hakim-inspektorlara, Unibank Premyer Liqası və I divizion klublarına veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB