"Bizim futbolçularımızda tələskənlik var idi"

"İkinci dövrənin ilk matçı idi. Məqsədimiz o idi ki, yaxşı başlanğıc edək. Şükürlər olsun ki, futbolçularımız tapşırıqları yaliqincə yerinə yetirdi”. Qol.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqasının 8-ci turunda “Kəpəz”ə qalib gəldikləri oyundan (3:0) sonra keçirilən mətbuat konfransında deyib.

- Bilirdik ki, "Kəpəz" sıx oynamağa çalışacaq və müdafiəni yarmaq bizim üçün asan olmayacaq. Bizim futbolçularımızda da tələskənlik var idi. Əsas odur ki, qələbə qazandıq. Futbolçulardan çox razı qaldım.

- İlk hissənin sonlarında Təmkin Xəlilzadə zədə alsa da, ikinci hissəyə çox yaxşı başladı...

- Zədəsi ciddi deyidi. Bel nahiyəsində yüngül ağrı var idi. Özündən soruşdum, dedi oynaya biləcəm.

- Hazırda milli komandada çıxış edən Təmkin Xəlilzadə demək olar, yığma üçün tam hazırdı. "Zirə"nin heyətində başqa kimlərin milli komandamıza dəvət alacağına ümid edirsiz?

- Hamı Təmkini tərifləsə də, mən onun mənfi cəhətlərini deyəcəm. Çünki bu mənim vəzifə borcumdu. O, daim yığmanın əsas heyətinə düşmək istəyirsə, öz üzərində çox işləməlidi. Hazırda milli komandamızda gələcək vəd edən oyunçular var. Təkcə onu qeyd edə bilərəm ki, ötən il Adil Nağıyev, Sadiq Quliyev U-21 millimizin heyətinə cəlb olundu.

Bütün xəbərlər Facebook səhifəmizdə